Valyuta məzənnəsi

16 yaşlı oğlanın motosikletlə vurduğu qadın öldü

Tarix:Dünən, 12:01

16-yasli-oglanin-motosikletle-vurdugu-qadin-oldu

İyulun 9-u Sumqayıtda baş vermiş yol qəzasında xəsarət alan qadın vəfat edib.

"Qafqazinfo” xəbər verir ki, həmin gün 2009-cu il təvəllüdlü Nazim Dəmirov (şərti) "Tufan S-150” markalı motosikletlə hərəkətdə olarkən "Göyçay market” adlı mağazanın qarşısında yolu keçən piyadanı vurub.

Ağır xəsarət alan 1967-ci il təvəllüdlü Kərimova Bahar Həsən qızı iyulun 14-ü Respublika Neyrocərrahiyyə Xəstəxanasında ölüb.

16 yaşlı oğlanın sürücülük vəsiqəsinin olmaması müəyyənləşib.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq şöbəsində CM-nin 263-1.3-cü maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.

Oxunub: 3



XƏBƏR LENTİ