Rusiya prezidenti Vladimir Putin Çin Xalq Respublikasının müdafiə naziri Li Şanfu ilə işgüzar görüş keçirib.
YeniAN.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Putinin Rusiyada səfərdə olan Çinin Dövlət Şurasının üzvü, müdafiə naziri Li Şanfunu qəbul etdiyini söyləyib.
Qeyd edək ki, Çinin müdafiə naziri bu gün Rusiyaya səfər edib. Onun səfərinin iki gün davam edəcəyi, sabah rusiyalı həmkarı Sergey Şoyqu ilə danışıqlar aparacağı bildirilib.