Valyuta məzənnəsi

Latviya 10 Rusiya vətəndaşının ölkəyə girişinə qadağa qoyub

Tarix:17-04-2023, 15:15

Latviya hökuməti 10 nəfər Rusiya vətəndaşının ölkəyə girişinə qadağa qoyub

YeniAN.az xəbər verir ki, bunu Latviya xarici işlər naziri Edqars Rinkeviçs deyib.

Nazir belə bir qərarın verilməsini Rusiyalı müxalifətçi Vladimir Kara-Murzanın 25 il azadlıqdan məhrum edilməsi ilə əsaslandırıb.

Edqars Rinkeviçs Kara-Murzenin barəsində çıxarılan məhkəmə hökmü ilə əlaqədar olaraq, Avropa İttifaqı (Aİ) tərəfindən Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqinə çağırış edib.

Qeyd edək ki, Vladimir Kara-Murza barəsində dövlətə xəyanət ittihamı irəli sürülüb, Rusiya ordusu və ölkə rəhbərliyi barədə yalan məlumat yaymaqda təqsirli bilinib.Latviya 10 Rusiya vətəndaşının ölkəyə girişinə qadağa qoyub

 


Oxunub: 60



XƏBƏR LENTİ