Valyuta məzənnəsi

Moskva və Novosibirskdə terror planlaşdıran İŞİD-çi saxlanılıb

Tarix:17-04-2023, 15:22

Moskva və Novosibirskdə terror planlaşdıran İŞİD-çi saxlanılıbRusiya Federal Təhlükəsizlik Xidməti Moskva və Novosibirskdə terror aktları planlaşdıran İŞİD liderlərindən birini saxlayıb.

YeniAN.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin Moskva vilayəti və şəhəri üzrə idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, keçirilmiş əməliyyat nəticəsində Tacikistan Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdlü Nazarov T.M. saxlanılıb.

Müəyyən edilib ki, saxlanılan şəxs Moskva və Novosibirsk vilayətlərində, kustar üsulla hazırlanmış partlayıcı qurğulardan istifadə etməklə, təxribat və terror aktları törətmək məqsədi ilə terror qruplaşması yaradıb və partlayışlar həyata keçirməyi planlaşdırıb.

Terror aktlarının "Rusiya Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (RJD) məxsus obyektlər də daxil olmaqla, insanların sıx olduğu yerlərdə keçirilməsi nəzərdə tutulurdu.

Oxunub: 58



XƏBƏR LENTİ