Valyuta məzənnəsi

Rusiya Mikolayevi vurdu: 1 ölü, 23 yaralı

Tarix:27-04-2023, 18:01

Rusiya Ukraynaya hücumlarını davam etdirir.

YeniAN.az xarici mətbuata istinadla xəbər verir ki,  gecə saatlarında Rusiya ordusu Nikolayev şəhərinə raket hücumları həyata keçirib

Ukrayna Ordusunun Cənub Əməliyyat Komandanlığından verilən açıqlamada ümumilikdə 4 raket atıldığı bildirilir. Məlumata görə, koordinatlara əsaslanan yüksək dəqiqlikli raketlər dinc əhaliyə qarşı terror aktının açıq göstəricisidir. Son məlumata görə, bir mülki vətəndaş həlak olub, biri uşaq olmaqla 23 nəfər yaralanıb.

Raketlərin vurduğu binalarda başlayan yanğın qrupların müdaxiləsindən sonra söndürülüb.

Hücum zamanı bir bina tamamilə dağılıb, bir tarixi bina və bir mənzilə ciddi ziyan dəyib.Nikolayev bombalandı - ölənlər və yaralananlar var » Gundelik-Baku.ComOxu.az - Rusiya Qara dənizdən Ukraynanı vurdu: Dinc sakinlər arasında ölən və yaralananlar var - FOTO/VİDEO

Oxunub: 134



XƏBƏR LENTİ