YPG/PKK terror qruplaşmaları Türkiyənin Akçakale və Ceylanpınar kəndlərini raketlərlə atəşə tutub.
“Qafqazinfo” Türkiyə KİV-nə isitnadən xəbər verir ki, nəticədə 1-u uşaq olmaqla 2 nəfər ölüb, 46 nəfər yaralanıb. Ölənlər 9 aylıq Suriya əsilli körpə Muhammed Omar və Akçakakale vergi idarəsinin əməkdaşı Cihan Günəşdir.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Türkiyə dünən Suriyanın şimalına "Sülh Çeşməsi Hərəkatı"nı başladıb.
Türkiyənin Şanlıurfa və Mardin şəhərlərinə edilən hava hücumu nəticəsində ölənlərin sayı 6-ya yüksəlib. Şanlıurfada 46, Mardində 24 nəfər yaralanıb.