Valyuta məzənnəsi

Papikyan Rusiyanın təzyiqi ilə vəzifəsini tərk etməyə hazırlaşır - Bir neçə dəfə istefa məktubu yazıb

Tarix:5-10-2023, 13:19

Ermənistan müdafiə naziri Rusiyanın təzyiqi ilə vəzifəsini tərk etməyə hazırlaşır.


YeniAN.az  xəbər verir ki, bu barədə erməni KİV Ermənistanın Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.


Qeyd olunub ki, ölkənin müdafiə naziri Suren Papikyan bu yaxınlarda bir neçə dəfə istefa məktubu yazıb, lakin Paşinyan onu vəzifədə qalmağa inandırıb.


Papikyanın istefa verməsi rusiyalı xadimlərin və Rusiya ilə ən çox təmasda olan şəxslərin etdiyi təzyiqlərlə bağlı olub.


Vurğulanıb ki, hakim "Vətəndaş müqaviləsi” partiyasında Paşinyanın siyasətindən, xüsusən də onun anti-Rusiya hərəkətlərindən narazı olan və bunun təhlükəli nəticələri ola biləcəyinə inanan insanlar var.


Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın müdafiə naziri Suren Papikyan Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Rusiyanın Tula şəhərinə getməkdən imtina edib.Papikyan Belçikaya getdi

Oxunub: 38



XƏBƏR LENTİ