Valyuta məzənnəsi

Kremldə Putinlə Mirziyoyev arasında görüş keçirilir

Tarix:6-10-2023, 16:18

Kremldə Putinlə Mirziyoyev arasında görüş keçirilir

Moskvada Rusiya və Özbəkistan prezidentləri arasında görüş başlayıb.

YeniAN.az  xəbər verir ki, Vladimir Putinlə Şavkat Mirziyoyev arasında danışıqlar Kremldə keçirilir.

Görüşün protokol hissəsində çıxış edən Putin iki ölkə arasında münasibətlərin çox uğurla inkişaf etdiyini söyləyib.

"Biz münasibətlərimizin yüksək səviyyəsini və xarakterini təsdiqləyirik. Rusiya Özbəkistanla ticarət dövriyyəsində inamla birinci yerdə qərarlaşıb. Biz beynəlxalq arenada, BMT, MDB, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyət göstəririk. Biz tezliklə MDB sammitində yenidən görüşəcəyik", deyə Putin vurğulayıb

Oxunub: 57



XƏBƏR LENTİ