Valyuta məzənnəsi

Si Cinpin: Çin və ABŞ münasibətləri sabitləşdirməli və yaxşılaşdırmalıdırlar

Tarix:10-10-2023, 09:11

Si Cinpin: Çin və ABŞ münasibətləri sabitləşdirməli və yaxşılaşdırmalıdırlar

Pekin və Vaşinqton münasibətləri sabitləşdirməli, münasibətləri yeni səviyyəyə çıxarmalıdırlar.

YeniAN.az  xəbər verir ki, ÇXR sədri Si Cinpin bu barədə Pekində amerikalı senatorların nümayəndə heyəti ilə görüşündə deyib.

"Ölkələrimizin məqsədi münasibətləri sabitləşdirmək və yaxşılaşdırmaq, yeni tarixi dövrdə birgə yaşamağın düzgün yolunu tapmaqdır”, - CGTN telekanalı Çin liderinin sözlərini sitat gətirib.

"Çin və Birləşmiş Ştatlar qüdrətli dövlətlər olaraq müvafiq əzm və məsuliyyət nümayiş etdirməlidirlər. Biz ÇXR-ABŞ münasibətlərini lazımi şəkildə qurmalı, bir-birimizə hörmət etməli, sülh şəraitində yaşamalı və qarşılıqlı fayda üçün əməkdaşlıq etməliyik”, - deyə Si Cinpin bildirib.

Oxunub: 33



XƏBƏR LENTİ