Tbilisinin mərkəzindəki Qəhrəmanlar meydanında polislə etirazçılar arasında toqquşma baş verib, yolları bağlayan etirazçılar saxlanılmağa başlayıb.
YeniAN.az bu barədə TASS-a istinadən xəbər verir.
Polis etirazçıları kənara çəkməyə başlayıb, tabe olmayanlar həbs edilib.
Hazırda nəqliyyatın hərəkəti qismən bərpa edilib, lakin bəzi etirazçılar hələ də yolun hərəkət hissəsində qalırlar.
Qeyd edək ki, polis nəqliyyatın hərəkətinin bərpa olunması üçün etirazçılara dəfələrlə xəbərdarlıq edib.
Xatırladaq ki, Gürcüstan parlamenti yaxınlığında etiraz aksiyaları 11 gündür ki, davam edir.