Ağdam Dövlət Dram Teatrında Sahib İbrahimlinin "Cənnət və Cəhənnəm" tamaşası təqdim olunub.
Tamaşanın quruluşçu rejissoru Kərim Həsənli, quruluşçu rəssamı Elman Balakişiyev, musiqi tərtibatı Elşən Cəfərovdur. Əsas rolları Kərim Həsənli, Cəfər Bayramov, Fərhad Fərhadzadə, Afaq Əliyeva, Afəridə Əhmədova və Elşən Cavadov ifa ediblər.
Səhnə əsəri Ağdam ictimaiyyəti və teatrsevərlər tərəfindən maraqla qarşılanıb.
Tamaşadan sonra teatrın qocaman aktyoru Nizami Ələkbərova 60 illik yubileyi münasibətilə Ağdam rayon İcra Hakimiyyəti başçısı cənab Vaqif Həsənov tərəfindən fəxri fərman verilib.
Teatrın direktoru Məhəmməd Hüseynov bildirib ki, bu il teatrın səhnəsində Xanirə Röyanın "Cadu əməliyyatı", Ağalar İdrisoğlunun "Qonaq", Novruz Cəfərovun "Buna da şükür", Yan Saloviçin "Qəribə dilənçi" əsərləri tamaşaya qoyulacaq. 2019-cu ildə həmçinin Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşasının oynanılması nəzərdə tutulur.