Valyuta məzənnəsi

Rəqsanənin qızı: “Atam yanımdan keçsə, onu tanımaram”

Tarix:31-03-2019, 12:08

Rəqsanənin qızı: “Atam yanımdan keçsə, onu tanımaram”

ARB TV-nin “Boş anlar” proqramının növbəti qonağı müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova olub. Maraqlı açıqlamaları ilə diqqət çəkən Aysun, doğma atasından söz açıb:”Nə elə bir atamız, nə babamız, nə elə bir qardaşımız, nə də anamın həyat yoldaşı olmayıb. Həmin vaxt atamla boşandığı vaxtlar idi. Mənim 3 yaşım var idi. Hazırda atam yanımdan keçsə, onu tanımaram”.
Daha sonra aparıcının “atanla görüşmürsüz?” sualına qəlbi qırılmış Aysunun cavabı da ürəkləri dağlayıb:
“Görüşmürsüz deyəndə ki, 14 yaşım olanda onu axtarıb tapmışdım. Anamdan xəbərsiz nənəmlə birgə rayona gedib atamı tapmışdım. Amma o istəmədi. Qarşıma çıxmadı. Dedi ki, artıq mənim övladlarım, ailəm var, istəmirəm. Daha sonra mən məşhurlaşdıqca eşidirdim ki, tanımaq istəyir. Amma mən istəmirəm. Əvvəllər həyətdə oynayarkən hansısa bir qızın atası gəlib onu qucaqlayanda çox pis olurdum. Tez qaçıb evə qalxırdım və anamı qucaqlayırdım. Amma anam ailə həyatı qurduqdan sonra hiss etdim ki, mənim doğurdan da atam var”.

Oxunub: 236



XƏBƏR LENTİ