Valyuta məzənnəsi

Müğənni Türkan Vəlizadə: “Sevdiyim bir insan olsa, sevsəm, sənəti ataram”

Tarix:16-09-2018, 12:00

Müğənni Türkan Vəlizadə: “Sevdiyim bir insan olsa, sevsəm, sənəti ataram”

rimetime.az-ın növbəti ulduzlu qonağı müğənni Türkan Vəlizadə olub.
O, sizdən gələn sualları cavablandırıb.
Pərviz Bülbülə ilə yeni duet, klip olacaq? (melek_xna_evi )
-Bəli, yeni duetlər fikirləşirik. Demək olar ki, Pərviz bir neçə mahnı da yazıb. Gələcəkdə klip də olacaq. Məhərrəmlikdə yeni işlər görmək istəyirik. Çox adam bizdən soruşur ki, sizin bu günə kimi klipiniz yoxdur.

Məşhur olmaq asandır ya sevilmək?
-Məşhur olmaq asandır. Ürəyin istədiyin bir hərəkəti edə bilərsən və bir gecənin içində tanına bilərsən. Amma sevilmək… O, böyük bir məsuliyyətdir. Allaha min şükür olsun ki, məni sevdilər.

Pərvizlə necə tanış olmusunuz?
-Pərviz ilə el şənliyində tanış olmuşuq. Artıq neçə ildir ki, bir-birimizi tanıyırıq. Duet oxumaq barədə isə heç bir zaman düşünməmişdik. Pərvizin bir dənə gözəl sözü var, mən qarışıq bir zamanda heç bir iş təqdim etmək istəmirəm. Elə boşluq olduğuna görə, biz həmin boşluğu doldurduq. Ola bilsin ki, bəzi insanlar bizim oxuduğumuz mahnıları bəyənmir, bəziləri isə bəyənir. Zövqlər müxtəlifdir. “Aşiq canan” elə bir mahnıdır ki, o, sevilməyə bilməz.

Bizə “Namiq Qaraçuxurlu və Aygün Kazımovanın duetlərinin davamı” demirlər. Bizdə fərqlidir. Həm də musiqili meyxananı Pərviz Bülbülə gətirib…

Ailə həyatı haqqında düşünürsünüz və neçə yaşınız var, sirr deyilsə…(senli_dunyam.____ )
-Yaşımı demək istəmirəm. O qədər də yaşım yoxdur. Yaşaya bilərəm (gülür). İnsan öncədən deyə bilməz ki, bu tarixdə ailə həyatı quracağam.

Sevdiyim bir insan olsa, mənimlə ailə həyatı qursa, bütün məsrəflərimi qarşılasa, o zaman sevsəm, sənəti ataram. Qadına ən böyük mükafat kişinin onu sevməsidir.

Pərviz necə bir adamdır?(___orxan__123456 )
-Çox yaxşı bir insandır. Xeyirxah, istedadlı, bacarıqlı, öz yerini bilən adamdır.

Pərviz bəzi toylara və məclislərə tək getdiyini, kişi məclislərinə sizin getməyinizi rəva bilmədiyini söyləyib.
-Belə bir qadağa yoxdur. Mənim özümün də ayrı işlərim olur. Kişi və qadın məclislərində oluram. Hamının ayrı-ayrı həyatı var.

Bu ulduz olanda suallar verərik. belə də ki, heç vaxt ulduz olmayacaq.(isa_huseyn )
Çox da maraqli idi(_qaracayev )
-Mənə də maraqlı deyil.

Türkan nəzərə inanır?
-Qəzaya düşən günə kimi inanmırdım. Amma indi inanıram. Çox böyük nəzər var.

Çoxları dedi ki, Türkan qəzaya düşməsi ilə özünü reklam edir.
-Mənim bu kimi ucuz reklama ehtiyacım yoxdur. İnsan səhhəti ilə bağlı necə reklam edə bilər? Ürəkləri istədiklərinə görə mən məclislərə əsa, dördayaq dəmirllə getmişəm. Çox əziyyət çəkmişəm. Bu, o demək deyil ki, mən pula doğru can atıram. Sadəcə məni öz xeyir işlərində görmək istəyirlər.

Oxunub: 418



XƏBƏR LENTİ