Valyuta məzənnəsi

Gülyanaq: “Atamla vidalaşa bilmədim“

Tarix:22-09-2018, 12:47

Gülyanaq: “Atamla vidalaşa bilmədim“

“Atamla vida mərasimində olmadım. Səfərdə idim”

Bu sözləri xalq artisti Gülyanaq Məmmədova “Şou ATV” verilişində deyib.

Dünyasını dəyişən atasından danışan müğənni göz yaşlarını saxlaya bilməyib. O, atası ilə vidalaşa bilmədiyini deyib:

“Əmim ağır idi, zəng vurdum ki, Avstriyaya gedirəm, heç nə olmasın, 3 günə qayıdacam. 6 ildir yataqda idi. Təyyarədən düşəndə zəng gəldi ki, Allah rəhmət etsin. Elə bildim əmim rəhmətə gedib. Dedilər, atanız ölüb. İnanmadım. Məcbur konsertdə oxudum. Acını ürəyimdə yaşadım.

Qəbiristanlığa gedib qohumları ziyarət edirəm. İndi gedəndə isə qayıtmaq istəmirəm. Deyirəm, atam oradadı axı. Anam qoymur ağlayaq. Atamla ölməzdən bir həftə əvvəl danışdım. Dedi ki, gəlin sizi görüm, gedəcəm. Getdi də”. (axsam.az)

Oxunub: 285



XƏBƏR LENTİ