Valyuta məzənnəsi

15 tələbəyə saxta köçkün vəsiqəsi verilib - cinayət işi açıldı

Tarix:2-04-2019, 13:25

15 tələbəyə saxta köçkün vəsiqəsi verilib - cinayət işi açıldı
Hesablama Palatası dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və tabeliyində olan qurumlara ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticəsini açıqlayıb.

ONA-nın məlumatına görə, bu, Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti barədə Milli Məclisə təqdim olunan hesabatında əksini tapıb.

Seçmə qaydada 7 ali təhsil müəssisəsində məcburi köçkün tələbələr tərəfindən təhsil haqqından azad olmaq üçün təqdim edilmiş məcburi köçkün vəsiqələri barədə məlumatlar Komitənin müvafiq elektron məlumat bazası ilə üzləşdirilərkən 15 tələbənin ad, soyad və ata adları bazada aşkar edilməyib. Eləcə də Komitə tərəfindən təsdiq edilmiş müvafiq protokollarda həmin tələbələrə verilmiş məcburi köçkünlüyü müəyyən edən vəsiqənin daha əvvəl başqa şəxslərə verilməsi faktları üzrə müəyyən edilmiş hüquq pozuntularının ciddiliyini nəzərə alaraq “Hesablama Palatası haqqında” qanunun 26.2-ci maddəsinin və Azərbaycan Prezidentinin “Dövlət və bələdiyyə vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalarla qarşı mübarizənin gücləndirilməsi haqqında” 2009-cu il 22 iyun tarixli 103 nömrəli Fərmanının 7-ci bəndinin tələblərinə uyğun olaraq müvafiq materiallar Baş Prokurorluğa göndərilib.

Baş Prokurorluqdan daxil olunmuş məlumatda Hesablama Palatasından göndərilmiş material üzrə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə cinayət işinə başlanılaraq, hazırda ibtidai istintaqın aparıldığı bildirilib.

Oxunub: 259



XƏBƏR LENTİ