Bakının Səbail rayonu, Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində
yol-nəqliyyat hadisəsi baş verib.
YeniAN.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.
Hadisə nəticəsində bir ədəd işıqfor dirəyi yararsız vəziyyətə düşüb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən
yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə yeni işıqfor obyekti quraşdırılacaq.