Avropa İttifaqı Polşaya Rusiya və Belarusla sərhədlərini qorumaq üçün 52 milyon avro ayırıb.
YeniAN.az xəbər verir ki, bu barədə Polşa Baş nazirinin ofisi məlumat yayıb.
Məlumata görə, vəsait elektron müşahidə avadanlığının modernləşdirilməsinə,
telekommunikasiya şəbəkələrinin keyfiyyətinin yaxşılaşdırılmasına və
dronların aşkarlanması üçün avadanlıqların alınmasına yönəldiləcək.