Xərçəng xəstəsi olan 4 yaşlı İbrahim Hüseynə təcili qan lazımdır. obyektivxeber.info-nun məlumatına görə, balaca İbrahim hazırda Uşaq Onkologiya Mərkəzində müalicə olunur. Bir neçə gün əvvəl kimyaterapiya edilib. Kimyaterapiyadan sonra uşağın qanı qəfil düşüb. İbrahimə qan (tronbosit) köçürülməlidir. Uşağın qan qrupu müsbət 1-dir.
Kömək etmək istəyənlərdən xahiş olunur ki, növbəti həftənin birinci günü səhər saatlarında Mərkəzi Qan Bankına müraciət etsinlər.
Əlavə məlumat üçün əlaqə nömrəsi: 051 517 43 35 ( Püstəxanım-uşağın anası)