Valyuta məzənnəsi

Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü” münasibətilə uşaqlar üçün tədbir keçirilib

Tarix:18-02-2019, 12:51

Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü” münasibətilə uşaqlar üçün tədbir keçirilib
“15 fevral – Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü” münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ,“Birlik” xeyriyyə təşkilatı, Milli Onkologiya Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlara mənəvi dəstəyin göstərilməsi məqsədilə tədbir keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsindən AZƏRTAC-a bildirilib ki,

tədbirdə iştirak edən uşaqlara müxtəlif hədiyyələr paylanılıb, əyləncə şirkətinin əməkdaşları tərəfindən “Sabun köpükləri” tamaşasının nümayişi təşkil olunub.

Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü ilk dəfə Uşaq Valideynlərinin Ümumdünya Konfederasiyasının təşəbbüsü ilə 2001-ci ildən təqvimə daxil edilib. Birinci dəfə həmin beynəlxalq gün yanvarın 15-də Lüksemburqda keçirilib, ancaq sonra onu bir ay irəli çəkmək qərara alınıb. Hazırda onkoloji xəstəliklərə tutulmuş uşaqlar günü Uşaq Onkoloqlarının Beynəlxalq Cəmiyyətinin himayəsi altında dünyanın 90-dan artıq ölkəsində, o cümlədən Azərbaycanda keçirilir.
Oxunub: 334



XƏBƏR LENTİ