Valyuta məzənnəsi

Azərbaycanda rektor təyinatları: - Bu il kimlərə vəzifə verildi?

Tarix:6-12-2019, 20:42

Azərbaycanda rektor təyinatları: - Bu il kimlərə vəzifə verildi?

Bu il Azərbaycanda həyata keçirilən kadr islahatları ali təhsil müəssisələrindən də yan keçməyib. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar əsasında bir neçə təhsil ocağının rektoru dəyişdirilib, yeni təyinatlar olub.
Azvision.az 2019-cu ildə rektor təyin edilən şəxslərlə bağlı məlumatları oxuculara təqdim edir:

Martın 11-də Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib. E. Babayev bu təyinatadək Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru olub. BDU-nun əvvəlki rektoru Abel Məhərrəmov ötən il noyabrın 15-də vəzifəsindən kənarlaşdırılıb.

Aprelin 3-də Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib. H.Əsədov 2007-2013-cü illərdə Hesablama Palatasının sədri, 2013-2018-ci illərdə isə Kənd Təsərrüfatı naziri işləyib.

İyulun 31-də Şahin Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru təyin olunub.

Həmin gün Vilayət Vəliyev Azərbaycan Texniki Universitetinin rektoru təyin edilib. O, bu təyinata qədər İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru işləyib.

Dekabrın 3-də Saleh Məhərrəmov Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Onun yerinə Elbrus İsayev təyinat alıb. E.İsayev bunadək Naxçıvan Müəllimlər İnstitutunun rektoru olub.

Oxunub: 361



XƏBƏR LENTİ
“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” - Təmraz Tağıyev
Əliyevlə Paşinyan nəyi müzakirə ediblər?
Fotonun içindəki foto...
4 yaşlı uşaq kirayə tutduqları villanın hovuzunda boğuldu
Məktəblərdə rus bölmələrinin bağlanması məsələsinə nazirdən - Münasibət
Nazir: "Sertifikasiya prosesi zamanı beş nəfər imtahana telefon keçirmək istəyib"
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Şəmkirdə müəlliməni məktəbdən qaçıran dəstə azadlığa buraxıldı
Əbu-Dabi görüşündə diqqətçəkən MƏQAM - Mustafayev və Qriqoryan da iştirak edirlər
Əbu-Dabidə İlham Əliyevin Nikol Paşinyanla görüşü başlayıb
Ötən gün 28 nəfər Almaniyadan Azərbaycana readmissiya olunub
Onkologiyada inqilab: Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
Azərbaycan neftinin qiyməti 75 dolları ötüb
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
Ceyhun Bayramov diplomatları peşə bayramı münasibətilə təbrik edib
Şəmkirdə 39 yaşlı kişi küçədə bıçaqlandı
Qvatemalada güclü zəlzələ: İki nəfər öldü, yüzlərlə yaralı var
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
Klublararası dünya çempionatında son finalçı bəlli olur: PSJ "Real Madrid"lə üz-üzə