Valyuta məzənnəsi

Şəmkirdə müəlliməni məktəbdən qaçıran dəstə azadlığa buraxıldı

Tarix:Dünən, 12:00

Şəmkirdə orta məktəb müəlliməsini qaçıran dəstə azadlığa buraxılıb.

Obyektivxeber.info-ın məlumatına görə, hadisə rayonun Dəllər qəsəbəsi ərazisində baş verib. Dəllər-Çırdaxan sakini, 1990-cı il təvəllüdlü Bəhruz Ağayev (soyad şərtidir) Dəllər qəsəbə tam orta məktəbinin coğrafiya müəlliməsi N.G-ya evlilik təklifi etsə də, xanım onun təklifini rədd edib və ailə qurmaq istəmədiyini deyib. Bəhruz dəfələrlə N.G-nı yola gətirməyə çalışsa da, mümkün olmayıb. O, müəlliməni qaçıraraq onunla ailə qurmaq qərarına gəlib və bu məqsədlə dostları Vüsal və Anarla görüşərək onlardan kömək istəyib.

Üç dost qızı qaçırmaq qərarı verib. Onlar maşınla məktəbin yaxınlığında dayanaraq N.G-nın dərsdən çıxmasını gözləyiblər. Günorta saatlarında müəllimə dərsdən çıxıb evlərinə getmək istəyərkən Bəhruz idarə etdiyi avtomobili onun qarşısında saxlayaraq, avtomobildən düşüb. O, müəlliməni zorla avtomobilə mindirərək dostundan avtomobili bibisigilə sürməsini xahiş edib.

Onlar qızı həmin ünvana gətirib qadınların onunla danışmasını istəyiblər. Amma danışıqlar fayda verməyib və qız Bəhruzla ailə qurmaqdan imtina edib. Bəhruzun qohumlarının təkidi ilə müəllimə evlərinə buraxılıb.

 

Faktla bağlı polisə məlumat verilib və Cinayət Məcəlləsinin 144-cü maddəsinə əsasən (Adam oğurluğu) cinayət işi başlanılıb. Bəhruz və dostları isə saxlanılıblar. Hər üç dost barəsində həbs qətimkan tədbiri seçilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhruza 2 il 9 ay, Arifə 2 il 2 ay, Vüsala isə 1 il 8 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və onlara elektron nəzarət qolbağı tətbiq edilib. Təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıblar.

Samir Əli

Oxunub: 2



XƏBƏR LENTİ
“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” - Təmraz Tağıyev
Əliyevlə Paşinyan nəyi müzakirə ediblər?
Fotonun içindəki foto...
4 yaşlı uşaq kirayə tutduqları villanın hovuzunda boğuldu
Məktəblərdə rus bölmələrinin bağlanması məsələsinə nazirdən - Münasibət
Nazir: "Sertifikasiya prosesi zamanı beş nəfər imtahana telefon keçirmək istəyib"
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Şəmkirdə müəlliməni məktəbdən qaçıran dəstə azadlığa buraxıldı
Əbu-Dabi görüşündə diqqətçəkən MƏQAM - Mustafayev və Qriqoryan da iştirak edirlər
Əbu-Dabidə İlham Əliyevin Nikol Paşinyanla görüşü başlayıb
Ötən gün 28 nəfər Almaniyadan Azərbaycana readmissiya olunub
Onkologiyada inqilab: Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
Azərbaycan neftinin qiyməti 75 dolları ötüb
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
Ceyhun Bayramov diplomatları peşə bayramı münasibətilə təbrik edib
Şəmkirdə 39 yaşlı kişi küçədə bıçaqlandı
Qvatemalada güclü zəlzələ: İki nəfər öldü, yüzlərlə yaralı var
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
Klublararası dünya çempionatında son finalçı bəlli olur: PSJ "Real Madrid"lə üz-üzə