Valyuta məzənnəsi

“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” - Təmraz Tağıyev

Tarix:Dünən, 15:22

azerbaycan-azsayli-dovletlerdendir-ki-uzaqgoren-ve-qetiyyetli-siyasi-lidere-malikdir
 

"Xalqımızın güvən yeri, dövlətimizin sabitliyinin və inkişafının memarı, müstəqilliyimizin keşiyində qətiyyətlə dayanan Müzəffər Ali Baş Komandanımız İlham Əliyev - bu gün xalqımızın həm də ümid yeridir!”

"Qafqazinfo” xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının Nərimanov təşkilatının rəhbəri Təmraz Tağıyev bildirib.

O qeyd edib ki, İlham Əliyev bu gün regionda lider olan qalib xalqın, qalib dövlətin rəhbəridir: "Onun rəhbərliyi ilə Azərbaycanın tək regionun deyil, dünyanı narahat edən qlobal problemlərin həllində də müstəsna rol oynadığı hər kəsin gözü önündədir.

Azərbaycan azsaylı dövlətlərdən biridir ki, belə gərgin bir zamanda müdrik, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin zəngin idarəçilik təcrübəsi, dəmir iradəsi, diplomatik zəkası müstəqilliyimizin, dövlətçiliyimizin həm də qarantıdır”. 

T.Tağıyev bildirib ki, məhz Ali Baş Komandanın müdrik siyasəti, xalqına olan sevgi və sədaqəti Azərbaycanı regionda söz sahibinə çevirib və həm də Vətən müharibəsində tarixi zəfərimizin əsas təminatçısı edib: "Bununla da qalib rəhbər kimi əbədi olaraq adını Azərbaycan xalqının yaddaşına, tarixinə qızıl hərflərlə yazdırdı. Biz inanırıq ki, Prezidentin rəhbərliyi ilə ölkəmiz daha böyük uğurlara imza atacaq, xalqımızın rifahı və dövlətimizin qüdrəti daim yüksələcək! 

Məhz ölkə başçısının siyasəti nəticəsində sülh yolu ilə  hər bir Qərbi Azərbaycanlı öz doğma yurduna qayıdacaq. Qərbi azərbaycanlı olaraq biz bu günü səbirsizliklə gözləyirik. Yalnız İlhamla, inamla, irəli!”

 

 


Oxunub: 3



XƏBƏR LENTİ
“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” - Təmraz Tağıyev
Əliyevlə Paşinyan nəyi müzakirə ediblər?
Fotonun içindəki foto...
4 yaşlı uşaq kirayə tutduqları villanın hovuzunda boğuldu
Məktəblərdə rus bölmələrinin bağlanması məsələsinə nazirdən - Münasibət
Nazir: "Sertifikasiya prosesi zamanı beş nəfər imtahana telefon keçirmək istəyib"
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Şəmkirdə müəlliməni məktəbdən qaçıran dəstə azadlığa buraxıldı
Əbu-Dabi görüşündə diqqətçəkən MƏQAM - Mustafayev və Qriqoryan da iştirak edirlər
Əbu-Dabidə İlham Əliyevin Nikol Paşinyanla görüşü başlayıb
Ötən gün 28 nəfər Almaniyadan Azərbaycana readmissiya olunub
Onkologiyada inqilab: Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
Azərbaycan neftinin qiyməti 75 dolları ötüb
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
Ceyhun Bayramov diplomatları peşə bayramı münasibətilə təbrik edib
Şəmkirdə 39 yaşlı kişi küçədə bıçaqlandı
Qvatemalada güclü zəlzələ: İki nəfər öldü, yüzlərlə yaralı var
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
Klublararası dünya çempionatında son finalçı bəlli olur: PSJ "Real Madrid"lə üz-üzə