Valyuta məzənnəsi

Xırdalan 3 saylı məktəbdə təhsildən başqa nə desən var

Tarix:12-12-2019, 11:27

Xırdalan 3 saylı məktəbdə təhsildən başqa nə desən var



Təhsilin inkişafına maneə olan ən ciddi problem rüşvətin geniş yayılmasıdır.

yenian.info bildirir ki, ölkədə başqa sferalarda olduğu kimi, təhsil sistemində də çox ciddi korrupsiya var və bu bəlaya qarşı yetərincə mübarizə aparılmır. Hökumət istəsə, təhsil sistemində korrupsiyanın qabağı çox asanlıqla ala bilər. Heç inkişaf etmiş ölkələrdən misal gətirmirəm. Sadəcə, götürək qonşu İranı və Türkiyəni. Bu ölkələrdə korrupsiya, rüşvət varmı? Müxtəlif sferalarda var. Bəs təhsildə korrupsiya varmı? Nə İranın, nə də Türkiyənin nə orta, nə də ali məktəb sistemində qəti surətdə korrupsiya halları yoxdur. Deməli, dünyanın çox da qabaqcıl olmayan ölkəsində də təhsili korrupsiyadan tam azad etmək olar. Çünki o dövlətlərin də öz dövlətçilik ənənəsi var. Təhsil onlar üçün xüsusi sahədir. Burada kim rüşvət alsa, onun karyerası məhv olar və cəmiyyətdə nüfuzdan düşər. Həmin ölkələrin bu məsələyə yanaşması o qədər ciddidir ki, belə hallara heç kim yol verə bilməz. Biz isə rüşvətə qarşı mübarizəni sözdə deyilir, amma işdə ona əməl edilmir. Təhsil sahəsində olan korrupsiya təhsil sisteminə çox öldürücü təsir edir.
Uşaqlar bizim gələcəyimizdir. Amma məktəbə addım atdıqları ilk gündən rüşvətlə üzləşirlər.
Məsələn, Xırdalan şəhəri 3 saylı məktəbdə oxuyan uşaq nə etməlidi. Uşaq yox əsas da valideyni. Uşaq gəlib məktəbdə tələb olunan pulu deyir, valideyn qalır naçar. Verməyə ul yox, verməyəndə uşaq gözümçıxdıya salınır.
Məktəbin direktoru Sevinc Əliyevada ilə bağlı axtarış versəniz onlarla tənqidi yazı var:
"Məktəbdə dərs saatlarından tutmuş, siniflərin paylanmasına qədər hər şey rüşvətlə həll edilir. Təsəvvür edin, birinci sinfə qəbul üçün Sevinc Əliyeva valideynlərdən 500 manat pul alır."
Məktəbə saxil olanda pul ver, fond pulu ver, bayram pulu ver.
Ancaq pul. Təhsilin keyfiyyəti kiməsə maraqlı deyil.
Buraxılış siniflərində neçə şagird dərsə gəlmir, bunun üçün direktora nə qədər pul ödənilir-siyahı dərc olunacaq.
Üstəlik texniki heyətdən neçəsi məktəbə gəlir, neçəsinin adına sadəcə kartla maaş alınır , onu da verəcəyik.Bizi izləyin.

Oxunub: 693



XƏBƏR LENTİ