Valyuta məzənnəsi

Sumqayıt təhsili üsyan ərəfəsində – Direktorlar Teymur Səmədovun “xərac”ından təngə gəliblər

Tarix:15-03-2019, 13:49

Sumqayıt təhsili üsyan ərəfəsində – Direktorlar Teymur Səmədovun “xərac”ından təngə gəliblərÖlkənin üçüncü şəhəri Sumqayıt illərdir təhsil sistemində olan problemləri ilə gündəmə gəlir. Bu problemlərin yaranma və həll olunmama səbəbi isə təhsil qurumunun şəhər icra hakimiyyətindən asılı vəziyyətdə olmasıdır, desək heç də yanılmarıq. Bu gün Sumqayıt təhsili yenədən iflic durumdadır.
AzToday.az-a Sumqayıtdan verilən məlumata görə şəhər təhsil sisteminin iflic edilməsinin yeni səbəbkarı, yəni “qəhrəman”ı icra başçısının birinci müavini Teymur Səmədovdur.
Vaxtı ilə Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyən və seyfindən tapılmış rüşvət kitabçasına görə təhsil naziri Mikayıl Cabbarov tərəfindən vəzifəsindən qovulan Teymur Səmədov bu gün köhnə işlərini davam etdirməkdədir.
Adının çəkilməsini istəməyən Sumqayıt məktəb direktorlarından birinin Aztoday.az-a verdiyi məlumatda bildirilir ki, şəhər məktəb direktorları Teymur Səmədovun əlindən cana doyublar və onlar üsyana qalxmaq ərəfəsindədir. Məktəb direktorlarının üsyan ab-havasına gətirilb çıxarılmasının səbəbi isə onlardan hər ay alınan aylıq xəracdı. Belə ki, icra başçısı Zakir Fərəcova yaxın olmayan bütün məktəb direktorları hər ay Teymur Səmədova xərac vermək məcburiyyətindədirlər. Başçı müavini direktorlardan aldığı aylıq xəracın Sumqayıt şəhərinin abadllaşdırılması, vətəndaşların problemləri və sair işlərlər üçün istifadə edildiyini deyir. Məkəb direktoru bildirir ki, hər ay bizdən alınan min manatla (1000) məsələ bitsəydi heç bir dərdimiz olmazdı. Ayda ən azı iki dəfə Teymur Səmədov bizi kabinetinə çağırtdıraraq müxtəlif kiçik işlər tapşırır ki, bu işlərində xərci ümumilikdə min manatı keçir. Başçı müavininin tapşırdığı işdən imtina edəndə isə Teymur Səmədov məsələni “siyasi”ləşdirərək Zakir Fərəcova məruzə edir və rəhbərlik etdiyimiz məktəbə davamlı yoxlamalar göndərməklə həyatımızı “cəhənnəmə” çevirir.
Məlumatda xüsusi olaraq vurğulanır ki, Teymur Səmədovun direktorlardan yığıdığı rüşvətin böyük bir hissəsindən icra başçısı Zakir Fərəcovun xəbəri yoxdur. Yəni yığılan pulların hamısı icra başçısına çatmır…
Bu gün Sumqayıt şəhərində fəaliyyət göstərən 50 məktəbin 30-a yaxınında direktor yoxdur. Müəllimlərin məktəb direktorluğuna həvəs göstərməməsinin ən birinci səbəbi isə Teymur Səmədovun “xərac” qorxusudu. Çünki direktor olacaq şəxs ən azı bu işə ilk əvvəl 20-30 min xərcləməli, sonra isə hər ay başçı müavininə 2 min xərac vermək məcburiyyətini yaxşı bilir.
AzToday.az-a verilən məlumatda vurğulanır ki, Sumqayıt şəhərində boş qalan 30-a yaxın məktəb direktorlarını əvəz edən təhsil şöbəsinin işçilərini də Teymur Səmədov şəxsən özü seçib. Yəni başı müavinin “xərac”nı “verə” bilənlər direktor əvəzedicisi təyin ediliblər.
Sumqayıt təhsilindəki bu acınacaqlı durumdan Təhsil Nazirliyi rəhbərliyinin xəbərdar olduğu deyilir. Amma nazirliyin şəhər təhsilində baş alıb gedən qanunsuzluğa qarşı hər hansı bir tədbir görmək gücü yoxdur. Çünki Sumqayıtda Təhsil Nazirliyinin qarşısını kəsəcək böyük bir DAĞ mövcuddur. Bu dağ isə Teymur Səmədovun dili ilə desək, Sumqayıt şəhər icra başçısı Zakir Fərəcovdur. Məktəb direktoru qeyd edir ki, Teymur Səmədov tez-tez yaxın ətrafı ilə keçirilən məclislərdə icra baçısının şərəfinə badə qaldıraraq Zakir Fərəcovu Böyük Qafqaz sıra dağlarına bənzədir.
AzToday.az-a verilən məlumata görə Sumqayıtda məktəb direktorlarının məcburən korrupsiyaya qurşandırılmasına şəhər Təhsil Şöbəsinin rəhbərliyi də səssiz qalır. Son 3 ildə Sumqayıt Təhsil Şöbəsi 4 müdir dəyişib. Bu ilin əvvəlində yeni təyin olunan Təhsil Şöbəsi müdiri Arzu Əlizadədə Teymur Səmədovun məktəb direktorlarının başına açdığı oyunları izləməklə məğuldur. Çünki Sumqayıt təhsili bütövlükdə icra başçısının birinci müavinin əlində cəmləşib.
Bildirək ki, Teymur Səmədov nazir Mikayıl Cabbarov tərəfindən təhsil şöbəsi müdiriliyindən qovulandan sonra onun köməyinə yenə qohumu, Dövlət Maliyyə Nəzarət Xidməti 2 saylı Regional Maliyyə Mufəttişliyinin rəisi Akif Zeynalov çatıb. Belə ki, Zakir Fərəcovla quda olan Akif Zeynalov onu ilk əvvəl Sumqayıt şəhər İcra Hakimiyyətinə humanitar məsələlər üzrə müavin vəzifəsinə təyin etdirib. Qısa bir müddətdən sonra isə Teymur Səmədov icra başçısının birinci müavini təyin edilib

Oxunub: 786



XƏBƏR LENTİ