Valyuta məzənnəsi

Koronavirus daha bir can aldı - AZƏRBAYCAN

Tarix:25-03-2020, 23:22


Koronavirus daha bir can aldı - AZƏRBAYCAN


YeniAN.info-nun koronavirusinfo.az-a istinadən verdiyi məlumata görə, 25 mart 2020-ci il tarixində Azərbaycan Respublikasında 6 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Hazırda aktiv koronavirus xəstələrinin sayı 81 nəfərdir, onlardan 3 pasiyentin vəziyyəti ağır, 5 pasiyentin vəziyyəti orta ağırdır. Bu günədək Azərbaycanda ümumi yoluxanların sayı 93-dür və koronavirusdan 1 ölüm faktı qeydə alınıb.

Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirmək önəmlidir.

YeniAN.info

Oxunub: 187



XƏBƏR LENTİ