Valyuta məzənnəsi

64 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb -AZƏRBAYCANDA

Tarix:30-03-2020, 22:37

64 yeni  koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb -AZƏRBAYCANDA


Koronavirus infeksiyası (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha ciddi tədbirlər görməyə məcbur edir.

YeniAN.info-nun koronavirusinfo.az-a istinadən verdiyi xəbərə görə, hazırda bir çox ölkələrdə intensiv qabaqlayıcı tədbirlər həyata keçirilməsinə baxmayaraq, qısa müddətdə infeksiyanın yayılmasının qarşısını almaq mümkün deyil.

30 mart 2020-ci il tarixində Azərbaycan Respublikasında 64 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Hazırda aktiv koronavirus xəstələrinin sayı 243 nəfərdir, onlardan 11 pasiyentin vəziyyəti orta ağır, 3 isə ağırdır. Bu günədək Azərbaycanda ümumi yoluxanların sayı 273-dur və koronavirusdan 4 ölüm faktı qeydə alınıb.

Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirmək önəmlidir.

64 yeni  koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb -AZƏRBAYCANDA

YeniAN.info

Oxunub: 200



XƏBƏR LENTİ