Valyuta məzənnəsi

Xüsusi karantin rejiminin müddətinin uzadılması ilə əlaqədar Azərbaycan qonşu ölkələrlə sərhədin mayın 4-dək bağlı saxlanılmasına qərar verib

Tarix:18-04-2020, 22:31

Xüsusi karantin rejiminin müddətinin uzadılması ilə əlaqədar Azərbaycan qonşu ölkələrlə sərhədin mayın 4-dək bağlı saxlanılmasına qərar verib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılmışdır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın YeniAN.info-ya verdiyi məlumata görə, bununla əlaqədar Azərbaycan Respublikasının İran İslam Respublikası və Gürcüstan Respublikası arasında dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılır.


Xüsusi karantin rejiminin müddətinin uzadılması ilə əlaqədar Azərbaycan qonşu ölkələrlə sərhədin mayın 4-dək bağlı saxlanılmasına qərar verib

YeniAN.info



Oxunub: 302



XƏBƏR LENTİ