Valyuta məzənnəsi

Baş redaktorun Azərbaycan Prezidentinə müraciəti

Tarix:21-03-2020, 16:43

Baş redaktorun Azərbaycan Prezidentinə müraciəti

"Yeni Azərbaycan naminə” qəzetinin və YeniAN.info saytının baş redaktoru, Milli Məclisin VI çağırış seçkilərinə keçmiş namizəd Ramazan Bağırov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir:

"Hörmətli Prezidentimiz!
Yazıb Sizə bildirirəm ki, mən Azərbaycan Respublikasının Milli Məclisinə 09 fevral 2020-ci il tarixdə keçirilən seçkilərlə əlaqədar öz təşəbbüsüm ilə namizədliyimi irəli sürmüşdüm. 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyim qeydə alınmışdır.
Seçkilərdə təşviqat vaxtı 31 saylı Suraxanı ikinci seçki dairəsinin sədri İlham Bayramov mənə üzvü olduğum Yeni Azərbaycan Partiyasından kənarlaşdırıldığımı bildirdi. Və qeyd etdi ki, namizədliyimi geri götürsən səni yenidən YAP-a qaytararlar.
Məsələ ilə əlaqədar YAP Sabunçu rayon təşkilatına müraciət etdim və oradan da mənə cavab eyni oldu. Mən ümummilli liderimiz Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq, eyni zamanda YAP-ın ümumi siyahısına hörmət olaraq, seçki gününə 10 gün qalmış namizədliyimi geri götürdüm.
Hörmətli cənab Prezident!
Məni bir məsələ düşündürür. YAP-ın ümumi siyahısına salınmağım ilə bağlı Sizə müraciət etsəm də, mənim adım niyə görə siyahıya salınmadı? Siyahıda adı olanlar məndən nə ilə fərqlənirdi?
Onu da qeyd edim ki, siyahı elan edilməmişdən xeyli əvvəl Sizə müraciət etmişdim. Və 3 dəfə (2010, 2015 və 2020-ci illər) namizədliyimi irəli sürsəm də hər dəfə YAP-ın təzyiqi ilə üzləşmişəm. Bu cür hallar mənə qarşı niyə baş verir?
Nəzərinizə çatdırmaq istəyirəm ki, 2003-cü ildə 15 oktyabr tarixində Prezident seçkiləri vaxtı Sizi yaxından dəstəkləyənlərdən idim. Həmin tarixdə bir YAP fəalı kimi partiyanın Mərkəzi Aparatı qarşısında səhərə kimi duraraq Sizə dəstək olanlardanam. Həmin hadisələr zamanı müxalifətin vandalizmi nəticəsində başımdan xəsarət almışdım.
Lakin Siz bi lider kimi məni dəstəkləmədiniz, adımın partiyanın ümumi siyahısına salınmasına və seçkilərdə sona kimi iştirakıma kömək etmədiniz.
Sonda qeyd edim ki, YAP-ın fəalı olaraq iqtidar mətbuatını uzun müddət təmsil etsəm də, mənə dəstək yox, ancaq YAP tərəfindən xəyanət gördüm. YAP seçki ərəfəsində məni arxadan vurdu.
Əlavə olaraq bildirim ki, 31 saylı Suraxanı ikinci seçki dairəsində seçkilər saxtalaşdırılmışdır. DSK sədri İlham Bayramov mənə psixoloji təsir edərək dəfələrlə zəng vurmuş, namizədliyimi geri götürməyimlə bağlı fikirimi soruşmuşdur.
Xahiş edirəm, 31 saylı Suraxanı ikinci seçki dairəsinin saxta nəticələrini ləğv edəsiniz və yenidən həmin dairədə ədalətli seçki keçirilməsi üçün addımlar atasınız."

YeniAN.İnfo

Oxunub: 568



XƏBƏR LENTİ