Valyuta məzənnəsi

TBMM sədri: “Harada Türkiyə varsa, Azərbaycan oradadır, harada Azərbaycan varsa, Türkiyə də var”

Tarix:6-09-2020, 22:04

TBMM sədri: “Harada Türkiyə varsa, Azərbaycan oradadır, harada Azərbaycan varsa, Türkiyə də var”

“Tarixin qlobal və regional baxımdan böyük dəyişikliklərin yaşandığı bir dönəmindən keçirik. İnanırıq ki, bu proses Türkiyə ilə Azərbaycanın gücünü, birliyini artıracaq. Ortaya çıxan problemin həllində bu birliyin müsbət nəticələrinin davamı olacaq”.

Bunu Türkiyə Parlamentinin (TBMM) sədri Mustafa Şəntop Azərbaycan Prezidenti İlham Əliyevin Şərqi Aralıq dənizi ilə bağlı fikirlərini APA-nın yerli bürosuna şərh edərkən deyib.

Hər iki ölkəni birgə qərarlarında haqlı hesab etdiyini bildirən TBMM sədri Türkiyənin beynəlxalq hüquq çərçivəsində Şərq Aralıq dənizindəki təhlükəsizliyini və mənafeyini qorumaq üçün irəli yürütdüyü siyasətə dəstək verən ölkələrdən birincisinin Azərbaycan olduğunu vurğulayıb: “Azərbaycan və Türkiyə problemlərinin həllində də qətiyyətlidir. Fərqliliyimiz və qərarlılığımız əsasında həmrəyliyimiz gün-gündən artmaqdadır və daha da artacağına əminəm”.

M. Şəntop deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın Bakıdakı yeni səfiri Nikolaos Piperigosu qəbul edərkən səsləndirdiyi dəyərli fikirlər bu kontekstdə böyük əhəmiyyətə malikdir: “Cənab İlham Əliyev, Azərbaycan və Türkiyənin yalnız dost və tərəfdaş deyil, qardaş və ortaq taleyi bölüşdüklərini qısa, konkret və məzmunlu şəkildə ifadə etdi. Cənab İlham Əliyevə çox təşəkkür edirəm. Türkiyə heç vaxt Azərbaycanın dəstəyinə şübhə etmir”.

M. Şəntop TBMM sədri olaraq parlament səviyyəsində də bu mühüm və uğurlu əməkdaşlığın nəticələrini müşahidə etdiyini bildirib: “Parlamentarilərimiz də bu fikrin tərəfdarıdır: Harada Türkiyə varsa, Azərbaycan da oradadır, harada Azərbaycan varsa, Türkiyə də var. Hər hansı bir yerdə bu iki qardaş ölkədən birinin təmsil olunması kifayətdir, çünki birinin mənafeyi digərinin əmanətidir”.

TBMM sədri onu da vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında mövcud olan ənənəyə görə, Azərbaycan Parlament sədrinin xaricə ilk səfəri qardaş ölkəyə olacaq: “Bir millət, iki dövlət şüarı əsasında yaranmış münasibətlərimizdə və əməkdaşlığımızda əldə etdiyimiz sürəti, qurduğumuz yüksək səviyyəli təmaslarla daim qoruyacağıq”.

YeniAN.info

Oxunub: 263



XƏBƏR LENTİ