Valyuta məzənnəsi

Fuat Oktay: "Mövzu xalqımızın müstəqilliyidirsə, bu, müharibəyə səbəb olmayacaqmı?"

Tarix:29-08-2020, 18:36

Fuat Oktay: "Mövzu xalqımızın müstəqilliyidirsə, bu, müharibəyə səbəb olmayacaqmı?"


"Mövzu xalqımızın müstəqilliyi, istiqlalı və mənafeyidirsə, bunun savaşa səbəb olmayacağını düşünürsüz?"

YeniAN.info APA-nın yerli bürosuna istinadən xəbər verir ki, Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay Şərqi Aralıq dənizində Türkiyə ilə Yunanıstan arasında yaşanan gərginlik, bu məsələdə Avropa İttifaqı ölkələrinin Türkiyəyə qarşı qərəzə yol verməsinə mövqe bildirərkən belə deyib.

Fuat Oktay Şərqi Aralıq dənizi mövzusunda Türkiyənin öz mənafeyini qoruyaraq geri çəkilməyəcəyini vurğulayıb: "Biz ədalət gözləyirik. Şərq Aralıq dənizində Türkiyəyə aid olan hər kvadrat metrə, hər kubmetrə görə öz hüququmuzu qoruyacağıq. Egey dənizi də daxil olmaqla Türkiyə öz mənafeyindən heç bir halda vaz keçməyəcək. Çox təəssüf ki, Türkiyəyə haqsız hücumlara Avropanın ədalətli mövqe nümayiş etdirməsini heç xatırlamırıq".

YeniAN.info

Oxunub: 164



XƏBƏR LENTİ