Valyuta məzənnəsi

Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur - FOTO

Tarix:10-10-2020, 19:52

Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur - FOTO

Bu gün saat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Müdafiə Nazirliyindən YeniAN.info-ya verilən məlumata görə, eyni zamanda bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalır.

Düşmənin bütün hücum cəhdlərinin qarşısı bölmələrimiz tərəfindən uğurla alınıb. Ermənistan ordusuna qarşı adekvat cavab tədbirləri görülür.

Atəşkəs rejimini pozmaq məqsədi ilə düşmənin atəş nöqtələrinə çıxarılan ağır artilleriyası və döyüşə hazır vəziyyətə gətirilən zenit-raket kompleksləri dəqiq zərbələrlə məhv edilib.

Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur - FOTO
Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur - FOTO
Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur - FOTO

YeniAN.info

Oxunub: 137



XƏBƏR LENTİ