"Erməni terroristləri torpaqlarımızdan tezliklə çıxmalı və Qarabağın Azərbaycana məxsus olması haqqında razılığa gəlməli, bu bərədə dünya dövlətləri qarşısında fikir bildirməlidirlər. Qarabağın Azərbaycanın tərkib hissəsi olması haqqında ikitərəfli müqavilə bağlanmalıdır. Bu addımlar beynəlxalq hüquq normalarına uyğun aparılmalıdır. Eyni zamanda Minsk qrupunun tərkibi dəyişdirilməli, Türkiyə mütləq şəkildə həmsədr ölkələr sırasında yer almalıdır."
Politoloq Ramazan Bağırovun müsahibəsini təqdim edirik.
- Azərbaycan xalqı öz dədə-baba torpaqlarını erməni terrorçularından azad etmək üçün 13 gündü Qarabağda apardığı müharibə aparır. Bir politoloq olaraq bu hadisəkləri necə şərh edərdiniz?
- Qarabağ da daxil olmaqla 20 faiz torpaqlarımız 30 ilə yaxındır ki, erməni terrorçularının tapdağı altındadır. Erməni terrorçuları bu ərazilərimizi işğal edərək, burada yeni erməni dövləti yaratmaq arzusunda idi. Onlar hesab edirlər ki, bu ərazilər ermənilərə məxsusdur. Və hətta toponim adları da dəyişdirməyə cəhd göstərirlər. Ermənilərin dırnaq arası siyasətçiləri “Arsax” sözünü erməni mənşəli söz kimi qələmə verirlər. Amma “Arsax” sözü Sak tayfaların adı ilə bağlıdır. Ər - mərd deməkdir, Sak isə türk mənşəli tayfa adı ilə bağlıdır. Bu tayfalar hələ burada eramızdan əvvəl III əsrlərdə yaşayıblar. Sakların erməni xalqı ilə heç bir əlaqəsi yoxdur. Onlar bu gün iddia edirlər ki, “Arsax” adlandırdıqları Qarabağ onlarındır və müharibə yolu ilə bu əraziləri əldə etməyə çalışırlar.
Onu da qeyd edim ki, bu ərazilər tarixən bizə məxsusdur, nəinki indiki Qarabağ (Arsax) hətta Ermənistanın ərazisi - İrəvan xanlığı da Azərbaycan ərazisi olub. Ermənilər buraya 1828-ci ildə rus çarı tərəfindən köçürülüb. Onların ta qədimdən Qafqazda heç bir torpağı və dövləti olmayıb.
- Azərbaycan Ordusu tərəfindən Qarabağda uğurlu anti-terror əməliyyatları davam edir. Bu bizə nə verəcək?
- Biz işğal olunan torpaqlarımızı geri qaytarmaqdan ötrü bu əməliyyatları həyata keçiririk. Bizim torpaqlarımızın qaytarılması ilə bağlı artıq BMT-nin 4 qətnaməsi var. Lakin Ermənistan bu qətnamələrə indiyə qədər məhəl qoymurdu. Hakimiyyətə gələn Nikol Paşinyan isə torpaqların qaytarılması ilə bağlı danışıqlara getməkdən artıq boyun qaçırırdı. Çünki bu insan cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi, xunta hakimiyyəti quraraq, savadsız siyasət yürüdür. Bu isə öz növbəsində erməni xalqını uçuruma aparılması deməkdir. Azərbaycan ordusunun apardığı anti-terror əməliyyatları tam haqlı mövqeydir. Bu isə yaxın gələcəkdə bizim işğal olunmuş torpaqlarımızın azad olunmasına gətirib çıxaracaq.
- Əməliyyatların dayandırılması ilə bağlı erməni hakimiyyəti bir çox fikirlər bildirir. Sizcə, əməliyyatların dayandırılması nə dərəcədə düzgündür?
- Hərbi əməliyyatların dayandırılmasını düzgün hesab etmirəm, çünki ermənilər çox hiyləgər millətdir. Onların “məsələni sülh yolu ilə həll edək” deməsi yeni bir siyasi oyundan xəbər verir. Onlar sadəcə vaxt udub, yenidən bizə hücum etmək istəyirlər. Biz bu səhvi etməməliyik və irəli gedərək torpaqlarımızı düşməndən azad etməliyik.
Müsahibəni apardı: Xuraman
Oxunub: 406