Valyuta məzənnəsi

Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edildi

Tarix:19-04-2021, 19:00

Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edildi

Nazirlər Kabinetinin Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

Bu barədə YeniAN.az-a Nazirlər Kabinetindən bildirilib.

Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.

Nazirlər Kabinetinin digər Qərarına əsasən 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

YeniAN.az

Oxunub: 249



XƏBƏR LENTİ