Valyuta məzənnəsi

Səhiyyə nazirinin səlahiyyətlərini birinci müavin icra edəcək

Tarix:23-04-2021, 19:58

Səhiyyə nazirinin səlahiyyətlərini birinci müavin icra edəcək

Ölkə Prezident Teymur Musayevin Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilsin.

***

Prezident eyni zamanda, Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilsin.


YeniAN.az

Oxunub: 245



XƏBƏR LENTİ