Bu gün Ankarada Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin adını daşıyan məktəbdə ulu öndərin doğumunun 99-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.
YeniAN.az-ın verdiyi məlumata görə, Azərbaycanın Türkiyədəki Səfriliyinin təhsil müşaviri Nəcibə Nəsibova da başda olmaqla səfriliyin bir qrup əməkdaşının iştirakı ilə keçirilən tədbirdə Heydər Əliyevin anadan olması şərəfinə şagirdlər arasında keçirilən şeir, rəsm və inşa müsabiqəsinin qalibləri öz bacarıqlarını nümayiş etdiriblər.
Qaliblər Nəcibə Nəsibova, məktəbin direktoru Oktay Kabasakal, Türkiyənin Təhsil Nazirliyinin Yenimahalle rayon şöbəsinin müdiri Kadir Güneş tərəfindən mükafatlandırılıb.
Tədbirdə Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında məlumat verilib, Ulu Öndərin xatirəsinə Azərbaycan mahnıları səsləndirilib.
Məktəbin foyesində Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) təşkilatçılığı ilə hazırlanmış Heydər Əliyevin həyatını, fəaliyyətini və Azərbaycan-Türkiyə qardaşlığının əks etdirən foto-sərgi nümayiş etdirilib.
Sevil HİLALQIZI