Valyuta məzənnəsi

Ankarada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı konsert proqramı keçirilib

Tarix:9-05-2022, 20:00

Ankarada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı konsert proqramı keçirilib

9 may 2022-ci il tarixində Türkiyənin Ankara şəhərində yerləşən Cümhurbaşkanlığı Simfoniya Orkestrinin konsert zalında Ümummilli lider Heydər Əliyevin 99-cu doğum ildönümünə həsr olunan konsert proqramı keçirilib.

YeniAN.az-ın Azərbaycanın Türkiyədəki Səfirliyinə istinadən verdiyi məlumata görə, səfriliyin təşkilatçılığı ilə baş tutan konsertdə İstanbulda yaşayan məşhur azərbaycanlı pianoçu və dirijor, Azərbaycanın əməkdar artisti Turan Manafzadənin rəhbərliyi ilə "Turan" orkestri və solist Elgün Quliyev çıxış edib.

Konsertdə səfir Rəşad Məmmədov, Türkiyə - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım və Azərbaycan Respublikası Milli Məclisinin Türkiyə ilə əməkdaşlıq üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov çıxış edərək konsertə gələnləri salamlayıblar, Ümummili liderin əziz xatirəsini yad ediblər.

Anşlaqla keçən konsertdə Azərbaycan klassik musiqisinin inciləri və Ümummilli lider Heydər Əliyevin sevdiyi xalq və bəstəkar mahnıları səsləndirillib.

Konsert Türkiyə ictimaiyyətinin də böyük marağına səbəb olub.

Tədbirdə Türkiyə Cümhuriyyətinin Prezident Administrasiyasının vəzifəli şəxsləri, digər dövlət və hökumət rəsmiləri, diplomatik korpus təmsilçiləri, iş adamları, diaspor və mətbuat nümayəndələri geniş tərkibdə iştirak ediblər.

Konsertin təşkil olunduğu Cümhurbaşkanlığı Simfoniya Orkestrinin foyesində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi də nümayiş etdirilib.

Ankarada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı konsert proqramı keçirilib
Ankarada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı konsert proqramı keçirilib
Ankarada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı konsert proqramı keçirilib
Ankarada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı konsert proqramı keçirilib
Ankarada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı konsert proqramı keçirilib

YeniAN.az

Oxunub: 163



XƏBƏR LENTİ