Əziz oxucular, nəzərinizə çatdırırıq ki, saytımızın Baş redaktoru, Politoloq Ramazan Bağırov aprelin 18-i saat 11:00 radələrində İçərişəhərdə yerləşən Cümə məscidini ziyarət edərkən, təzyiqlərə məruz qalıb. O, qeyd edir ki, hadisə anlaşılmamazlıq üzündən baş vermişdir.
Gəlin bu hadisəni müsahibimizin dilindən eşidək.
-Mən aprelin 18-i dua etmək üçün İçərişəhərdə yerləşən Cümə məscidinə getmişdim. Məscidi ziyarət etdikdən sonra, digər yaxın qohumumu məscidin həyətində gözləyirdim. Elə bu vaxt məscidin işçisi mənə yaxınlaşaraq kobud surətdə dəfələrlə bildirdi ki, ''məscidin həyətində dayanmaq olmaz, çıxıb çöldə gözləyin'' .
Lakin, mən ona ''yaxın qohumumu gözlədiyimi və heç yerə getməyəcəyimi '' bildirdim. Və eyni zamanda bildirdim ki, ''Bu sizin eviniz yox, Allahın evidir''. Bir neçə dəqiqədən sonra yaxın qohumum gəldiyi üçün mən həmin məscidin həyətini tərk etdim.
Hüquqlarımın kobud surətdə pozulduğu üçün, mən məsələ ilə bağlı ''Qafqaz Müsəlmanları İdarəsi''nə müraciət etdim. Məscidin işçisi olan Hacı Kamran adlı şəxs mənə qarşı etdiyi əmələ görə cəzalandırıldı.
-Əlavə olaraq qeyd edək ki, belə halların yaşanması Azərbaycan Dövlətinin apardığı multikultural siyasətinə bir zərbədir. Məscid nəzarətçisinin təlimatlandırılmaması nəticəsində belə xoşagəlməz hallar baş verir. Bu halların yaşanmaması üçün Dini qurumlar diqqətli olmalıdırlar.