Valyuta məzənnəsi

“Bakı Marafonu – 2023” ilə əlaqədar bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq - SİYAHI

Tarix:5-05-2023, 11:01

"Sürücülərin və hərəkət iştirakçıların diqqətinə çatdırmaq istəyirik ki, "Bakı Marafonu 2023”-lə əlaqədar mayın 7-də səhər saat 8:00-dan 14:00-dək bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyini təmin olunması ilə məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq”.

YeniAN.az xəbər verir ki,  bunu Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

O deyib ki, tədbirin yüksək səviyyədə keçirilməsi məqsədilə aşağıdakı küçə və prospektlərdə qeyd olunan saatlarda hərəkət məhdudlaşdırılacaq:

"Yürüş Bayraq Meydanından başlayaraq, Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalınadək, daha sonra Azadlıq Meydanı, Neftçilər və 8 Noyabr prospektləri ilə Ağ şəhər Bulvar yoluna qədər, eləcə də Ağ şəhər dairəsinə, yəni Xəqani Rüstəmov küçəsinə qədər davam edib, oradan geriyə hərəkət edəcək. Bu zaman Hərbi Qənimətlər Parkının yanından keçməklə, Yusif Səfərov – A. Cəlilov küçələrinin kəsişməsindən Cavanşir körpüsünə qədər olmaqla Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Z. Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft dairəsi, daha sonra Bayıl qəsəbəsi istiqaməti, Bibiheybət yolu ilə, Su İdman Sarayı ətrafından Bulvar ərazisi ilə, "Bakı Kristal Zalı”nın yanından Bayraq Meydanına qədər finiş nəzərdə tutulub”.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Küləyə qalib gəl” şüarı altında "Bakı Marafonu – 2023”-ün keçirilməsi nəzərdə tutulub.

Oxunub: 51



XƏBƏR LENTİ
Heydər Əliyevin adına parkın salınması üçün “Odlar-Yurdu” Mərkəzi və Nevinnominsk şəhəri arasında inkişaf edən əməkdaşlıq”
YAŞAR ŞİRVANİ – 65
XİN rəhbəri: “Vaşinqtonda sülh danışıqları üzrə razılaşdırılmış maddələrin sayı artıb”
Roma Papasının nümayəndəsi bu gün Kiyevə səfər edəcək
Ermənistan XİN rəhbəri: “Qarabağın statusu ilə bağlı danışıqlar aparmağa iddialı deyilik”
XİN rəhbəri: “Bəzi tərəflərin yanaşması sülh prosesi üzrə razılığın tez əldə olunmasına xidmət etmir”
Qazi Əbülfət Kərimov təltif olundu
Xalq şairi Səməd Vurğunun anım günüdür
Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI
Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları
Yavər Rüstəmov Ad gününüz mübarək!
Azərbaycanın Müstəqillik Günü
Ana vətən partiyasının Abşeron rayon təşkilatının sədri Elçin Quliyev ilə Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye arasında görüş keçirilib
Metyu Brayza: Paşinyan sülh sazişinin imzalanmasını istəyir, ancaq qorxur
Füzulidə içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməli qoyulub
Serbiyada 8 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Ukrayna daha 80 hərbçisinin meyitini geri qaytarıb
Siyəzəndə istirahət mərkəzi yandı FOTOLAR
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanları buraxılıb FOTO