Valyuta məzənnəsi

Milli Qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü biruzə verir

Tarix:14-06-2023, 10:56

Ümummilli lider statusu qazanan, ulu öndər kimi milyonların sevimlisi olan Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşüb. Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun 30 il ötür. Bu bayramın "Heydər Əliyev ili"nə təsadüf etməsi qürurvericidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Ümummilli liderin 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışı ilə dövlətimizin müstəqilliyinin qorunub saxlanılması bərqərar oldu. 15 iyun Milli Qurtuluş günü Azərbaycan xalqı üçün böyük əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycan müstəqilliyin qorunub saxlanılmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan ümummilli lider Heydər Əliyev idi. Vətənini, xalqını sevən, çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim tarixidir. Milli Qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ədliyyə işçisi olaraq Milli Qurtuluş günü münasibətilə xalqımızı təbrik edirəm. Fəxrlə deyə bilərəm ki, bu gün əldə etdiyimiz bütün qələbələrin, uğurların təməlində dahi lider Heydər Əliyevin möhkəm təməlini qoyduğu siyasi kurs, inkişaf strategiyası dayanır. Bu siyasi kurs Azərbaycanımızı daha böyük uğurlu gələcəyə aparır, onun işıqlı ideyaları daim yaşayacaqdır. Azərbaycan və Hedyər Əliyev əsrlər boyu qoşa səslənəcəkdir. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Biz də ədliyyə işçisi olaraq böyük xilaskarın xidmətlərini daim xatırlayacaq, unutmayacağıq. "Heydər Əliyev ili"nə təsadüf edən15 iyun Milli Qurtuluş günü bu il də ölkəmizdə yüksək əhval-ruhiyyə ilə qeyd olunacaq.

Aygün Eminova

4 saylı Bakı Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsinin rəisi

Oxunub: 58



XƏBƏR LENTİ