Valyuta məzənnəsi

Ərdoğan Azərbaycan Prezidenti ilə görüşü barədə danışdı

Tarix:10-03-2025, 20:00

Ərdoğan Azərbaycan Prezidenti ilə görüşü barədə danışdı

İğdır-Naxçıvan qaz kəməri sayəsində biz ən azı 30 il ərzində Naxçıvanın bütün təbii qaza olan tələbatını ödəyəcəyik.

YeniAN.az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 5-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə danışarkən deyib.

"Bundan əlavə, mən və qardaşım İlham Əliyev bir çox mühüm məsələlərdə, xüsusilə Ermənistanla sülh danışıqları barədə müzakirə apardıq”, – Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.

Açılış mərasimində bildirilib ki, İğdır-Naxçıvan qaz boru kəməri layihəsi Naxçıvanın qaz təchizatını şaxələndirməklə yanaşı, həm Naxçıvan, həm də İğdır əhalisinin rifahına xidmət edəcək. Layihənin daha bir özəlliyi ondan ibarətdir ki, bu gün kəmərin maksimum ötürmə gücü 730 milyon kubmetrdirsə, gələcəkdə layihənin genişləndirilməsi imkanları da var.

Oxunub: 196



XƏBƏR LENTİ
“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” - Təmraz Tağıyev
Əliyevlə Paşinyan nəyi müzakirə ediblər?
Fotonun içindəki foto...
4 yaşlı uşaq kirayə tutduqları villanın hovuzunda boğuldu
Məktəblərdə rus bölmələrinin bağlanması məsələsinə nazirdən - Münasibət
Nazir: "Sertifikasiya prosesi zamanı beş nəfər imtahana telefon keçirmək istəyib"
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Şəmkirdə müəlliməni məktəbdən qaçıran dəstə azadlığa buraxıldı
Əbu-Dabi görüşündə diqqətçəkən MƏQAM - Mustafayev və Qriqoryan da iştirak edirlər
Əbu-Dabidə İlham Əliyevin Nikol Paşinyanla görüşü başlayıb
Ötən gün 28 nəfər Almaniyadan Azərbaycana readmissiya olunub
Onkologiyada inqilab: Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
Azərbaycan neftinin qiyməti 75 dolları ötüb
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
Ceyhun Bayramov diplomatları peşə bayramı münasibətilə təbrik edib
Şəmkirdə 39 yaşlı kişi küçədə bıçaqlandı
Qvatemalada güclü zəlzələ: İki nəfər öldü, yüzlərlə yaralı var
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
Klublararası dünya çempionatında son finalçı bəlli olur: PSJ "Real Madrid"lə üz-üzə