Bu
gün İşgəncələr Qarşı Azərbaycan Komitəsinin mərhum sədri, Vətənpərvər
İnsan, qanunun aliliyini əsas bilən, haqqı nahaqqın ayağına verməyən,
dövlət və dövlətçiliyimizin mənafeyini hər şeydən üstün tutan mərhum
Elşad Nəcməddin oğlu Həmidovun əziz xatirəsi yad edilib.
Xatirə günündə mərhumun məzarı ziyarət edilib və məzarın üstündə doğmaların və dostların iştirakı ilə dualar oxunub.
Mərhum Elşad Həmidovun, şəhidlərimizin ruhuna dualar səsləndirilib.
Bu
işdə təşəbbüs göstərən mərhumu yad edib hörmətlə andıqları üçün Elşad
Həmidovun bacısı, "Merhemet.Tv"-nin baş direktoru, Azərbaycan
Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" mükaftçısı, Azərbaycan
Yazıçılar Birliyinin üzvü Gülnara xanım Həmidovaya minnətdarlıqlarını
bildiriblər.
PS:
Bildirmək istəyirik ki, mərhum tanınmış hüquq müdafiəçisi Elşad
Nəcməddin oğlu Həmidov 24 iyul 1967-ci il tarixində Bakı şəhərində
dünyaya gəlib. 1991-ci ildə Plexanov adına Rusiya Dövlət İqtisad
Universitetini İqtisadiyyatın Analizi ixtisası üzrə fərqlənmə ilə
bitirib. Tanınmış bu elm ocağını bitirdikdən sonra, dövlət qulluğu
olmaqla, ilk əmək fəaliyyətinə başlayıb.
Vəzifədə
yüksəliş, rəhbər şəxslərin ixtisas dəyişməsi və ixtisas artırması
məqsədilə, rəhbərlik tərəfindən Sank-Peterburq Dövlət Hüquq və
Nəqliyyatda Prokurorluq Ali məktəbində təhsilini davam etdirməsi üçün
göndərilib və həmin məktəbi də müvəffəqiyyətlə bitirib. Uzun illər
Rusiya Federasiyasında hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə
çalışıb. 2010-cu ildə Respublika Ağsaqqallar Şurasının mərhum sədri
akademik Budaq Budaqovun dəvətilə, Şurada Baş hüquq-məsləhətçisi kimi
çalışıb.
23
dekabr 2015-ci il tarixdən, 2007-ci ildən fəal üzvü olduğu İşgəncələrə
Qarşı Azərbaycan Komitəsinin sədri və fəxri lideri olub.
Ailəli idi, iki övladı ata yolunun layiqli davamçılarıdır.
Fərid Faiqoğlu
AJB-nin üzvü