Valyuta məzənnəsi

QAT üzvləri Xudu Məmmədovun məzarını ziyarət etdi

Tarix:16-12-2019, 12:48

QAT üzvləri Xudu Məmmədovun məzarını ziyarət etdi

14 dekabr Azərbaycanlı elm adamı və ictimai-siyasi xadim, professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru, Milli Azadlıq Qərargahı təşkilatının qurucularından (1969), Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü (1957) Xudu Məmmədovun doğum günüdü.

Bu münasibətlə QAT funksionerləri və üzvləri, QAT Ali Məclisin sədri Barat Abbasoğlu, QAT Ağsaqqallar Şurasının üzvü, Qazi, Şəhid atası Hacı Əkbər Rüstəmov, QAT üzvü, tanınmış din adamı şair Hacı Fərman Azancı, QAT Məclis üzvləri Laçın r/n şöbəsinin sədri Murad İsmayilov, Samux r/n şöbəsinin sədri Qazi İlham Xəlilov, Şakir Abbasov, Nazim Tapdıqoğlu, Manaf Kərimov, Kərbəlayi İlham Quliyev, Qazi Qüdrət Həsənov , Bəxtiyar Ənnağıyev, Rauf Hüseynov dəyərli ziyalının məzarını ziyarət edib, ruhuna dualar oxundu. Sonra Azərbaycanın Milli Qəhramanı Asif (Fred) Məhərrəmov, Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimov və digər şəhidlərin məzarı ziyarət olundu.

Oxunub: 273



XƏBƏR LENTİ