14 iyul 1969-cu il. Bu tarixdən etibarən Heydər Əliyevin Azərbaycanda
rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə sürətli inkişaf baş verdi. Uzaqgörən
siyasətlə görülən işlər sonradan dövlət müstəqilliyinin bərpasından müstəsna
rol oynadı. 1969-cu il 14 iyul Azərbaycanda milli intibahın başlanğıc
tarixidir. 1969-cu ildə ulu öndər ölkəmizə rəhbər seçiləndə Azərbaycan o
zamankı SSRİ-nin ən geridə qalmış respublikaları sırasında idi. 1969-1982-ci
illər ərzində ölkədə siyasi-iqtisadi həyatı
köklü sürətdə dəyişmiş, Azərbaycanı keçmiş müttəfiq respublikalar arasında
axırıncı yerlərdən ön mövqeyə çıxarmağa Nail olmuşdur. 1959-cu il 14 iyul
Pleniumunda böyük Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi seçilərək respublikamızın rəhbəri olmuşdur. Ulu öndərin Azərbaycanın
rəhbəri seçilməsi xalqımızın tarixində və taleyində əhəmiyyətli dönüş,
başlanğıc, eyni zamanda ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının
qoyulduğu möhtəşəm tarixdir. Dahi lider Azərbaycan xalqının müstəqillik mübarizəsində
misilsiz xidmətlər göstərmiş, hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş,
bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdır. Heydər Əliyev Azərbaycan
xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət
olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Azərbaycan tarixində xüsusi
yer tutmuş unudulmaz günlərdən biri də məhz 14 iyuldur. Əsası ümummilli lider tərəfindən
qoyulan siyasi kursun bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsi sayəsində Azərbaycan dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən
birinə çevrilib. İlham Əliyevin siyasi kursuna əsasən ölkəmiz günü-gündən
inkişaf edir. 1993-cü ildən yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev
müstəqil dövlətin memarı və qurucusu kimi Azərbaycan tarixində Ümummilli Lider
səviyyəsində özünə yer tutub. Ulu öndərin müdrikcəsinə söylədiyi "Azərbaycan
dünyaya günəş kimi doğacaq" fikri bu gün həqiqətə çevrilməkdədir Dövlət
müstəqilliyinin əsasını qoyan dahi şəxsiyyət, əvəzsiz lider müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu olan Heydər Əliyev xalqımızın qəlbində daim
yaşayacaqdır.
Lətafət Hacıyeva
Sabunçu rayon qeydiyyat şöbəsinin rəisi