Valyuta məzənnəsi

15 yaşlı Ərkanın anası fəryad edir: “Bəzən övladıma verməyə yemək tapmıram”

Tarix:14-08-2023, 12:37

15 yaşlı Ərkanın sizin yardımınıza ehtiyacı var.

Bu barədə Obyektivxeber.info-a Ərkanın anası Turanə Vəliyeva məlumat verib.

O bildirib ki, övladı iki ildir kəskin leykozdan əziyyət çəkir.

"Ərkan iki ildir kəskin leykozdan əziyyət çəkir. İndiyə qədər müalicələrini etməyə çalışsaq da, hazırda buna maddi imkanımız çatmır. Biz Qax rayonunda yaşayırdıq, Ərkanın xəstəliyinə görə hər şeyimizi satıb Bakıya gəlmişik. Hazırda kirayədə qalırıq. Həyat yoldaşım bir günü 15 manata fəhlə işləyir. İnanın ki, bəzən zəruri ərzaqları əldə edə bilmir, övladıma yemək bişirə bilmirəm. Ərkanın müalicəsi üçün hazırda üç min manata ehtiyacımız var. Yardımsevər şəxslərdən xahiş edirəm ki, bizə dəstək olsunlar”.

Ailə ilə əlaqə: (050) 462-57-70

 

Bizimlə əlaqə saxlayın

Oxunub: 31



XƏBƏR LENTİ