Valyuta məzənnəsi

Azərbaycan gimnastları Bolqarıstana yollanıb

Tarix:16-10-2023, 16:53

Akrobatika gimnastikası üzrə Azərbaycan yığma komandası Avropa çempionatına yollanıb.

Azərbaycan gimnastları Bolqarıstana yollanıb

Azərbaycan gimnastları Bolqarıstana yollanıb.

YeniAN.az xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti açıqlayıb.

Millinin üzvləri Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Nəzrin Fərmanova, Aynur Yusufova, Lalə Hüseynova ibarət qadın qrupu (böyüklər), Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiridən ibarət qadın qrupu (gənclər), Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü medallar uğrunda mübarizə aparacaq. 31-ci Avropa çempionatı oktyabrın 18-dən 22-dək davam edəcək.

Qeyd edək ki, yarış Bolqarıstanın Varna şəhərində keçiriləcək.

Oxunub: 165



XƏBƏR LENTİ