Valyuta məzənnəsi

Füzuli Şəhəri Günü keçirilir - FOTOLENT

Tarix:17-10-2023, 12:23

Füzuli Şəhəri Günü keçirilir - FOTOLENT

Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Prezidentinin Qarabağ iqtisadi rayonundakı işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Füzuli Şəhəri Günü keçirilir.

YeniAN.az APA-ya istinadən xəbər verir ki, tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və mədəniyyət naziri Adil Kərimli ilə yanaşı, bir sıra dövlət və ictimai xadimlər, mədəniyyət nümayəndələri və media mənsubları iştirak edir.

Füzulidən olan Vətən Müharibəsi qazisi Şövlət İsazadə APA-ya təəssüratlarını bölüşüb. O, döyüşün ilk günlərindən ön cəbhədə xidmət etdiyini və Füzulinin azad olunması əməliyyatında iştirakından bəhs edib:

"Döyüş şücaətimiz Cənab Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilib və medallarla təltif edilmişik. Bugünkü gündə isə azad olunmuş ərazilərdə bu cür bayram ab-havasının yaşanması, hesab edirəm ki, şəhidlərimizin ruhunu şad edir. Allah hər zaman Ordumuzu, dövlət rəhbərimizi və bu milləti qorusun".

Nəriman Əliyev isə həm Birinci, həm də İkinci Qarabağ müharibələrinin iştirakçısıdır.

Vətən müharibəsi qazisi APA-ya açıqlamasında 2020-ci ilin oktyabrında məhz bu ərazilərin azad olunması əməliyyatında iştirakından danışıb: "Şükürlər olsun ki, artıq Azərbaycanın suverenliyi tam bərpa edilib. Bu, ordumuzun, onun Ali Baş Komandanının və bu millətin gücünün göstəricisidir".

Qeyd edək ki, gün ərzində proqram çərçivəsində 8 guşədən ibarət "Füzuli hücrələri" adlı bədii kompozisiyanın, həmçinin Ümummilli Lider Heydər Əliyevə, Məhəmməd Füzuliyə, "Yedditəpə kurqanlar" abidəsinə, "Azərxalça"ya aid sərgilərin nümayişi nəzərdə tutulub.

Sərgilərin ardından Qala konsert proqramı və atəşfəşanlıqla tədbirə yekun vurulacaq.Füzuli Şəhəri Günü keçirilir - FOTOLENT Füzuli Şəhəri Günü keçirilir - FOTOLENT Füzuli Şəhəri Günü keçirilir - FOTOLENT Füzuli Şəhəri Günü keçirilir - FOTOLENT Füzuli Şəhəri Günü keçirilir - FOTOLENT

Oxunub: 56



XƏBƏR LENTİ