Valyuta məzənnəsi

Meşəli sakinləri: Vaqif Xaçatryan ömürlük həbs olunmalıdır

Tarix:17-10-2023, 12:49

Meşəli sakinləri: Vaqif Xaçatryan ömürlük həbs olunmalıdır

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə zərərçəkmiş şəxslər məhkəmədə ifadə verib.

YeniAN.az  xəbər verir ki, zərərçəkmiş İlham Kazımov məhkəmədə bildirib ki, Meşəli kəndinə hücum zamanı orada olub:

"Bizi ermənilər mühasirəyə aldılar. Körpə uşaqdan tutmuş, böyüyə qədər 25 nəfəri öldürdülər, atam da şəhid oldu. 14 nəfər yaralandı. Onlardan biri də mənəm. Atam ovçu idi. Vaqifgil bilirdilər ki, atamın atdığı güllə boşa çıxmayıb. O vaxt bizim kənd sakini Nübar Qasımova gəlib dedi ki, bizi Vaqifin dəstəsi qırdı...

Mən onun ömürlük həbsini istəyirəm. Meşəli soyqırımında Badara ermənilərinin hamısı iştirak edib. Nübar Qasımovanın yoldaşı şəhid oldu, özü də ayağından yaralandı. Badarada bundan başqa Vaqif olmayıb. Badarada Vaqif Xaçaturyan bir bu idi. Bundan başqa Vaqif yox idi, Vahid var idi, Vaqif yox".

Zərərçəkən şəxs qeyd edib ki, Meşəlini ermənilər "Alazan” raketi ilə vurublar: "Səhər 7-nin yarısı idi. Kəndin aşağısında 3 güllə atıldı. Ondan sonra başımıza güllə yağdırdılar. Ermənilər kəndin Laçına tərəf hissəsini tutmamışdı. Kəndin bir hissəsi qaçıb canını qurtara bildi, amma əsir götürülənləri öldürdülər. Bu indi burda özünü artistliyə qoyub. Onların komandiri bu olub. Vaqifə ömürlük həbs cəzası verilsin".

Daha sonra zərərçəkmiş şəxs Rəcəbov Şahvələd Kamal oğlu dindirilib. O qeyd edib ki, Badara ilə Meşəli qonşu kənddir: "Əvvəllər normal idi hər şey, 1988-ci ildən sonra bunlar çöndülər. Bizim yolumuz bunların kəndlərindən keçirdi. Hadisə günü yuxudan durdum ki, kəndi güllə yağmuruna tutdular. Şəhidlərimiz vardı. Sağ budumdan mən də güllə yarası aldım, sonra tərpənə bilmədim. Yoldaşım uşaqlarla qarlı havada çox çətin çıxa bildilər. Mən yaralı olaraq meşəyə çıxdım, gördüm ki, ailəm orada qalıb. Yoldaşım donvurmadan əlil oldu. Sonra bizi helikopterlə Ağdama gətirdilər. Bu Vaqif Meşəli hadisələrin döyüşlərə rəhbərlik edib, azərbaycanlılara qan uddurub. Vaqif kənddə uşaq, qadın, qoca demədən hamıya qarşı vəhşilik edib. Bu adam ömürlük həbs olunmalıdır. Biz bunu tələb edirik".

Oxunub: 114



XƏBƏR LENTİ
“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” - Təmraz Tağıyev
Əliyevlə Paşinyan nəyi müzakirə ediblər?
Fotonun içindəki foto...
4 yaşlı uşaq kirayə tutduqları villanın hovuzunda boğuldu
Məktəblərdə rus bölmələrinin bağlanması məsələsinə nazirdən - Münasibət
Nazir: "Sertifikasiya prosesi zamanı beş nəfər imtahana telefon keçirmək istəyib"
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Şəmkirdə müəlliməni məktəbdən qaçıran dəstə azadlığa buraxıldı
Əbu-Dabi görüşündə diqqətçəkən MƏQAM - Mustafayev və Qriqoryan da iştirak edirlər
Əbu-Dabidə İlham Əliyevin Nikol Paşinyanla görüşü başlayıb
Ötən gün 28 nəfər Almaniyadan Azərbaycana readmissiya olunub
Onkologiyada inqilab: Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
Azərbaycan neftinin qiyməti 75 dolları ötüb
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
Ceyhun Bayramov diplomatları peşə bayramı münasibətilə təbrik edib
Şəmkirdə 39 yaşlı kişi küçədə bıçaqlandı
Qvatemalada güclü zəlzələ: İki nəfər öldü, yüzlərlə yaralı var
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
Klublararası dünya çempionatında son finalçı bəlli olur: PSJ "Real Madrid"lə üz-üzə