Azərbaycan xalqının çox əsirlik tarixində buna bənzər Zəfər olmamışdır.
Bu gün paytaxt Bakı şəhərində "Zəfər günü " yüksək təntənə ilə qeyd olundu.
Bu qələbə əzmi hər bir azərbaycanlının simasında əks olunmuşdu.
Keçirilən bayramda Qarabağ Qaziləri də iştirak edirdilər.
Qazilərlə bir az söhbət etdim. Və onların qələbə əzmi yüksək səviyyədə olduğunun şahidi oldum.
Qazilərimiz Vəliyev Əfsun Alik oğlu, Qasımov Elçin Ağakərim oğlu, Nuriyev Babək,
Abbasov Fərman İlkin oğlu ilə xatirə şəkli çəkdirdim.
Təbii ki, bu Zəfərin əldə olunmasında Qazilərimiz ilə bərabər , Şəhidlərimizin də böyük rolu olmuşdur.
Mən hesab edirəm ki, qələbənin əldə edilməsində və güclü ordunun təkmilləşdirilməsində
Ali Baş Komandan İlham Əliyevin böyük rolu olmuşdur.
Cənab Prezidentimiz İlham Əliyev Azərbaycanın suverenliyinin bərpa edilməsi üçün böyük siyasi işlər gördü.
Bu gün də, bu siyasət Ali Baş Komandan tərəfindən həyata keçirilir.
Sonda qeyd edim ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda
canlarından keçmiş Şəhidlərimizə Allah rəhmət eləsin, cəsur Qazilərimizə Allah can sağlığı versin.
Yaşasın Ali Baş Komandan!
Yaşasın müzəffər Ordumuz!
Yaşasın Azərbaycan!
Politoloq Ramazan Bağırov.
Oxunub: 93