Valyuta məzənnəsi

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət

Tarix:20-12-2023, 13:50

Vüqar Qurbanov:

Qızılcanın müalicəsi ilə bağlı dərman təminatı ən üst səviyyədədir.

YeniAN.az  xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkədə qızılca ilə bağlı vəziyyət stabildir: "Vətəndaşların tibb müəssisələrinə müraciətləri qeydə alınır. Valideynlər övladlarında qızılcanın hansısa simptomunu aşkar edərsə, birbaşa tibb müəssisələrinə müraciət etsinlər. Tibb müəssisələrimiz, həkimlərimiz, səhiyyə işçilərimiz buna hazırdır. Ehtiyac olarsa, stasionar müalicəyə cəlb olunacaqlar, bunun üçün şərait də var. Dərman təminatı ən üst səviyyədədir. Çarpayı fondumuz kifayət qədərdir".

O qeyd edib ki, xəstəxanalarda heç bir sıxıntı yoxdur: "Biz görürük ki, vətəndaşlar evdə müalicəyə üstünlük verirlər, lakin bunun tərəfdarı deyilik. Bununla bağlı tibb müəssisələrinə xüsusi təlimatlar göndərilib. Sahə həkimləri öz ərazilərində həm xəstələrin, həm də onların ailə vəziyyətini dəyərləndirirlər. Hansı xəstənin stasionar müalicəyə ehtiyacı varsa, xəstəxanaya yerləşdirilir, hansı xəstənin evdə müşahidəyə ehtiyacı varsa, evdə müşahidə altında saxlanılır. Bu iş keyfiyyətli şəkildə davam etdirilir".

Oxunub: 59



XƏBƏR LENTİ