Valyuta məzənnəsi

Hikmət Hacıyev: “Azərbaycan azad edilən ərazilərimizdə böyük yenidənqurma-bərpa işləri görür”

Tarix:22-12-2023, 15:06

Hikmət Hacıyev:

"Azərbaycan işğaldan azad edilən ərazilərimizdə böyük yenidənqurma-bərpa işləri görür və bu dünyada unikal təcrübədir”.

YeniAN.az  xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanma mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan bu unikal təcrübəsini bölüşməyə hazırdır.

"Azərbaycan tərəfdaşlarla çox yaxından işləyərək, Ümumdünya Şəhərsalma Forumunun yüksək səviyyədə keçirilməsinə çalışacaq. BMT-nin bütün qurumlarına təşəkkür edirəm ki, bu istiqamətdə Azərbaycana dəstəklərini göstərirlər”,- deyə H.Hacıyev bildirib.

Qeyd edək ki, Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanma mərasimi keçirilir.

Oxunub: 51



XƏBƏR LENTİ